Azərbaycan Hüquqçular Assosiasiyası
Bakı şəhəri, 2-ci Alatava küçəsi, 9
Tel/fаx: 99412 431 43 46
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
www.aha.az
Azərbaycan Hüquqçular Assosiasiyası 1997-ci il mayın 20-də təsis edilib. 19 nəfər təsisçisi var. 2000-ci il fevralın 15-də dövlət qeydiyyatına alınıb.
AHA-nın 103 üzvü var.
AHA-nın prezidenti Ənnağı Hacıbəylidir.
Assosiasiya 1999-cu ildən Beynəlxalq İnsan haqları Liqasının, 2000-ci ildən isə Qara Dənizətrafı Ölkələrin Hüquq Assosiasiyalarının (QDÖHA), Azərbaycan Hüquqşünaslar Formunun "Məhkəmə-hüquq islahatlarına dəstək koalisiyası"nın üzvü, Norveç İnsan Hüquqları Evi Fondunun Azərbaycan filialının partnyorudur.
AHA-nın başlıca məqsədləri demokratik hüquq dövləti quruculuğuna, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, əhalinin hüquqi savadının artırılmasına kömək göstərməkdir.
Assosiasiyanın proqramında beş əsas fəaliyyət istiqaməti müəyyən olunmuşdur:
- əhalinin hüquqi maarifləndirilməsi;
- qanunvericiliyin təkmilləşdirilməsi, dövlət quruculuğu, məhkəmə-hüquq islahatları bazasının yaradılması və həyata keçirilməsinə kömək göstərilməsi;
- vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə kömək göstərilməsi;
- qeyri-hökumət təşkilatlarına və müstəqil mətbuat orqanlarına yardım göstərilməsi.
- üzvlərinin aktiv peşə və ictimai fəaliyyəti üçün şərait yaratmaq, hüquq fəaliyyətinin müxtəlif sahələrində çalışan hüquqçuların və hüquq təhsili alan tələbələrin peşə səviyyəsinin yüksəldilməsinə, hüquqçular arasında əlaqələrin yaradılmasına kömək göstərilməsi.
LAYİHƏLƏR
Assosiasiya fəaliyyət göstərdiyi müddətdə aşağıdakı iri layihələri həyata keçirib:
1. «Qaçqınlara, məcburi köçkünlərə və əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquq yardımı» layihəsini 1999-cu ilin yanvarından 2001-ci ilin yanvarına qədər ABŞ-ın Milli Demokratiyaya Dəstək Fondu maliyyələşdirib. Bu layihə çərçivəsində AHA 2000-dən artıq şəxsə pulsuz hüquq xidməti göstərmiş, onların adından müxtəlif sənədlər tərtib etmişdir. Layihə başa çatdıqdan sonra da AHA bu işi davam etdirir.
2. 2001-ci ildə əhaliyə pulsuz hüquq xidmətinin bilavasitə qaçqın düşərgələrində həyata keçirilməsi üçün BMT Təlim və Resurs Mərkəzinin ayrdığı qrant hesabına AHA Saatlı, Sabirabad və İmişli rayonlarının qaçqın düşərgələrində də həmin layihəni həyata keçirmişdir.
3. 2001-ci ilin noyabrından 2002-ci ilin noyabrına qədər «Əhalinin aztəminatlı hissəsinə pulsuz hüquq xidməti» layihəsinə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu qrant ayırıb. Layihənin həyata keçirilməsi nəticəsində 600-dan çox şəxs pulsuz hüquq yardımı alıb. 20-dən çox şəxsin hüquqları məhkəmədə müdafiə olunub.
4. 2000-ci ilin noyabrından 2001-ci ilin noyabrınadək «Avrasiya» Fondunun maliyyə dəstəyi ilə «Hüquqçu məzunların kommersiya hüququ sahəsində vəkillik praktikasına hazırlanması» layihəsini həyata keçirilib. Layihənin icrası müddətində 48 nəfər hüquqçu tələbə və məzun təşkil olunmuş kurslarda iştirak etmiş və sertifikat almışlar. Layihə çərçivəsində «Kommersiya hüququ» adlı dərs vəsaiti hazırlanıb tələbələr və başqa maraqlananlar arasında yayılmışdır.
5. «Avrasiya» Fondu 2002-ci ilin sentyabrından başlayaraq yenidən həmin layihənin universitetlərdə tədris olunması üçün maliyyə vəsaiti ayırmışdır. Layihənin birinci mərhələsi «Xəzər» Universitetində, ikinci mərhələsi icrası «Qərb» Universitetində həyata keçirilmişdir. Layihənin nəticəsi kimi iki kitab – «Kommersiya hüququ üzrə praktikum» və «Kommersiya hüquqü» dərs vəsaiti çapdan çıxmışdır.
6. 2002-ci ildə Assosiasiya Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA SEELİ) dəstəyi ilə «Mülki Prosessual Məcəllənin ümumi hissəsinə şərh yazılması» layihəsini həyata keçirib. Layihənin nəticəsi olaraq MPM-in ümumi hissəsinə həsr olunmuş «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin elmi-praktik kommentariyası» adlı kitab çap olunub.
7. 2003-cü ildə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun qrantı hesabına «Avropa Konvensiyasının izahı və təbliği» layihəsi həyata keçirib. Tədbirlərdə «Avropa İnsan Hüquqları Məhkəməsi: 6-cı maddə ilə bağlı seçilmiş qərarlar» kitabı iştirakçılar arasında pulsuz paylanmışdır.
8. 2003-cü il aprelin 21-dən mayın 26-dək CRS (CATHOLIK RELIEF SERVICES) təşkilatının «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişaf Proqramı» üzrə «QHT haqqında qanunvericiliyin vəziyyəti» layihəsi həyata keçirilib. Bakıda və yerlərdə fəaliyyət göstərən QHT-lər, onların əməkdaşları və hüquqçular arasında QHT qanunvericilyi barədə sorğu keçirilib, 117 respondentin rəyi öyrənilməklə, QHT qanunvericiliyi müxtəlif aspektlərdən işıqlandırılıb, qanunvericiliyə təkliflər olunub. Araşdırma bülleten şəklində çap olunub və sorğuda iştirak edən QHT-lərə paylanıb.
9. 2003-cü ildə «Bələdiyyələrə pulsuz hüquq xidməti göstərən regional mərkəzlərin yaradılması» layihəsi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində Bakı və Əlibayramlı şəhərlərində bələdiyyələrə pulsuz hüquq xidməti göstərən mərkəzlər yaradılmış, bələdiyyələrə pulsuz hüquq məsləhətləri verilmişdr.
10. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə 2003-cü ildə «Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin monitorinqi» layihəsi gerçəkləşdirilib. Eyni adlı kitab azərbaycan və rus dillərində çap olunub və pulsuz paylanıb.
11. 2003-2004-cü ildə «Ailə Məcəlləsinin kommentariyası» layihəsi ABA CEELİ-nin maliyyə dəstəyi ilə həyata keçirilib və "Ailə Məcəlləsinin yozumu" kitabı çap edilərək pulsuz paylanıb.
12. 2004-cü ildə «Hakim seçilmək istəyənlərin test imtahanlarına hazırlığına yardım» layihəsi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. 100-ə yaxın hakimliyə namizəd bu kurslarda iştirak edib. Treninqlərdə hüququn bütün sahələri üzrə nəzəri və praktik təlimlər aparılıb.
13. 2004-cü ildə «Fərdi müşahidəçilərin bələdiyyə seçkilərinə hazırlanmas» layihəsi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
14. 2005-2006-cı ildə «İctimai maraqların müdafiəsi» layihəsi «Avrasiya» Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilib. Layihə çərçivəsində Bakıda və regionlarda treninqlər keçirilib, eyni adlı kitab çap edilib.
15. 2006-cı ildə «Hakim korpusunun formalaşdırılmasının monitorinqi» layihəsi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə reallaşdırılıb. Layihə çərçivəsində prosesin müşahidəsi aparılıb, qanunvericilik ekspertizadan keçirilib və nəticələr kitab şəklində çap olunub. "Testləşdirilmiş qanunvericilik" kitabı artıq 5 dəfə həşr edilərək pulsuz paylanıb. Kitab dövlət qulluğuna, hakimliyə, vəkilliyə, hüquq ixtisası üzrə başqa sahələrdə işə qəbul olunmaq istəyən şəxslər üçün nüfuzlu və ən populyar vəsaitə çevrilib.
16. 2006-2010-cu illərdə «Siyasi hüquqarın realizasiyası və müdafiəsi» layihəsi – ABŞ Milli Demokratiyaya Dəstək Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilib və beş ildir ki, davam edir. Layihə çərçivəsində məhkəmə proseslərinin və kütləvi tədbirlərin monitorinqi aparılıb, nəticələr kitab və hesabatlar şəklində çap edilərək ölkə daxilində uyğun qurumlara və beynəlxalq təşkilatlara göndərilib. Siyasi proseslər üzrə imkansız şəxslərə pulsuz vəkil yardımı da göstərilir.
17. 2007-2008-ci illərdə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə "Sosial sifariş haqqında qanun layihəsinin hazırlanması və onun qəbulu üzrə ictimai maraqların müdafiəsi kampaniyasının aparılması" layihəsi həyata keçirilib.
18. 2010-cu il yanvarın 1-dən iyunun 30-dək Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanda ədalət məhkəməsinə çatımın durumu" layihəsi gerçəkləşdirilib.
DƏYİRMİ MASALAR, TRENİNQLƏR VƏ BAŞQA TƏDBİRLƏR
Assosiasiya 1998-ci il iyunun 30-da ABŞ Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutu ilə birlikdə «Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyatı və fəaliyyət problemləri» mövzusunda seminar keçirmişdir.
1999-cu il iyulun 14-də Assosiasiya «KİV haqqında qanunvericilik: reallıqlar və perspektivlər», 1999-cu il avqustun 19-da isə Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə «ABŞ və Azərbaycan cəmiyyətində hüquqçuların peşə birliklərinin rolu», 2001-ci il dekabrın 20-də Almaniyanın F.Naumann Fondu ilə birlikdə «İnsan haqları üzrə Avropa məhkəməsi» mövzusunda seminarlar keçirmişdir.
2001-ci ilin yanvar ayında Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə hüqüq təhsilinə həsr olunmuş 1 günlük seminar keçirmişdir. Təhsil Nazirliyinin, hüquq təhsili verən ali məktəbəlrin nümayəndələrinin, praktik hüquqçuların və tələbələrin iştirak etdiyi seminarın materalları əsasında «Azərbaycanda hüquq təhsili» adlı kitab çap olunub və pulsuz paylanıb.
AHA partnoyr təşkilat kimi vəkillərin və vəkil olmaq istəyənlərin forumuna hazırlıq üzrə təşkilat komitəsində iştirak edib. Bu tədbirlər çərçivəsində 500-dən artıq hüquqçunu birləşdirən Forum yaradılıb, vəkillik barədə alternativ qanun layihəsi hazırlanıb, qanunvericilik, seçkilər və s. bağlı çoxlu sayda tədbirlər keçirilib.
2002-ci ilin fevralından başlayraq Assosiasiya Almaniyanın F.Naumann Fondu ilə birlikdə qanunvericiliyin izahı və təbliği üzrə 10-dan artıq dəyirmi masa və treninqlər keçirilmişdir.
2005-2010-cu illərdə hakimliyə və vəkilliyə namizədlər üçün çoxsaylı treninqlər təşkil edilib.
Bundan başqa, müxtəlif layihələr çərçivəsində məhkəmə-hüquq islahatları, qanunvericilik, seçkilər, ictimai maraqların müdafiəsi, Avropa Məhkəməsinin təcrübəsi və s. məsələlər barədə onlarla seminar, dəyirmi masa, treninq və başqa tədbirlər keçirilmişdir.
axırıncı dəyişikliklər (03.08.11 11:19)
© 2011 Azerbaijan Lawyers Association
All Rights Reserved.
Joomla 1.5 Templates Joomla Web Hosting cushion cut engagement rings Joomla Templates joomla hosting