“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər
07.12.11 12:52 | Author: manager |
1. Maddə 1-in mətni aşağıdakı formada ifadə edilməlidir:
“Siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılıb ortaq siyasi ideyalar və məqsədlər uğrunda çalışan, ölkənin siyasi həyatında iştirak edən və vətəndaşların siyasi iradəsini formalaşdıran və ifadə edən qeyri-kommersiya hüquqi şəxsdir”.
Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun layihəsi barədə R Ə Y
23.11.11 12:07 | Author: manager |
Qanun layihəsində bəzi prinsipial məsələlər nizamlanmadığından və daha çox maddi təminat məsələləri qabardıldığından qanun layihəsi keçmiş Prezidentin və onun ailə üzvlərinin maddi təminatı haqqında qanun təsiri bağışlayır. Toxunulmağlıqla bağlı bəzi məsələlər – telefon danışıqları, yazışma sirri, şəxsi toxunulmazlıq və s. yarımçıq nizamlanıb. Qanun layihəsinin məqsədi sanki keçmiş Prezidentə törətdiyi cinayətlərə görə mütləq toxunulmazlıq hüququ verməkdir. Üstəlik, bu hüquqların onun arvadına (ərinə) də aid edilməsi onların subyektlərinin əsassız olaraq genişləndirilməsi deməkdir. Ümumiyyətlə, bu həddə toxunulmazlığın keçmiş Prezidentin arvadına (ərinə) aid edilməsinin heç bir hüquqi əsası yoxdur.
Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu
18.11.11 11:42 | Author: manager |
Bu Konstitusiya Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq, əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin (bundan sonra – “keçmiş Prezidentin”) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.