1. Maddə 1-in mətni aşağıdakı formada ifadə edilməlidir:
“Siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılıb ortaq siyasi ideyalar və məqsədlər uğrunda çalışan, ölkənin siyasi həyatında iştirak edən və vətəndaşların siyasi iradəsini formalaşdıran və ifadə edən qeyri-kommersiya hüquqi şəxsdir”.
2. Maddə 2-nin mətni aşağıdakı formada ifadə edilməlidir:
“Maddə 2. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi.
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitutiyasından, Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrdən, mövcud qanunlardan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarət olmalıdır”.
3. Maddə 3-ün ikinci abzasına aşağıdakı mətn əlavə edilməlidir:
“Siyasi partiyaların fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikasının tərəf olduğu beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş fundamental insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz”.
4. Maddə 4-də:
4.1. Birinci abzasın ikinci cümləsi aşağıdakı kimi ifadə olunmalıdır:
“Siyasi partiyaların əsas qurumlarının dövlət və özünüidarə strukturlarında yaradılması və fəaliyyətinə icazə verilmir”;
4.2. İkinci abzas aşağıdakı kimi ifadə olunmalıdır:
“Siyasi partiya peşəkar, irqi, etnik və konfessional kriteriyalar üzrə qurula bilməz”;
4.3. Üçüncü abzasda “1000” rəqəmi “5000”-lə əvəzlənməlidir;
4.4. Dördüncü abzas aşağıdakı şəkildə ifadə olunmalıdır:
“Azərbaycan Respublikasının konstitusional quruluşunu və dünyəvi mahiyyətini dəyişmək, ərazi bütövlüyünü pozmaq istəyən, müharibə, zorakılıq və qəddarlığa çağıran, irqi, milli və dini nifrətə səsləyən və Azərbaycan Respublikasının konstitutisiya quruluşuna zidd olan və beynəlxalq öhdəliklərini pozan digər hərəkətlər edən siyasi partiyaların yaradılması və fəaliyyəti qadağan olunmalıdır”.
5. Maddə 5-də:
5.1. Dördüncü indent aşağıdakı formada ifadə edilməlidir:
“vətəndaşlara arasında hüquqi maarifləndirmə işi aparılmalıdır;”
5.2. Beşinci və altıncı indent yeddinci və səkkizinci indent hesab olunmalı və beşinci və altıncı indentə aşağıdakı mətn qoyulmalıdır:
“seçkili dövlət və yerli özünüidarə orqanarına namizədlərin irəli sürülməsi;
Qanunverici, icraedici və yerli özünüidarə orqanlarını vətəndaşların ictimai məsələlərlə bağlı fikirlərini çatdırmaq;”.
6. Maddə 5-1 aşağıdakı formada olmalıdır:
“Maddə 5-1. Siyasi partiyanın yaradılması.
5-1.1. Siyasi partiya təsis konfransı, nizamnamə və proqramın o konfransda qəbul olunması, idarəedici və nəzarət-təftiş orqanlarının yaradılması ilə qurulmalıdır.
5-1.2. Siyasi partiyanın təsis konfransının hazırlanması, cağrılması və keçirilməsi siyasi partiyanın təşəbbüskarları tərəfindən yaradılmış təşkilati komitə tərəfindən həyata keçirilməlidir.
5-1.3. Siyasi partiyanın təsis konfransının yeri və vaxtı barədə məlumat təşkilati komitə tərəfindən ən azı 1 ay əvvəldən kütləvi informasiya vasitələrində yayılmalıdır.
5-1.4. Təsis konfransının keçirilməsi ilə təşkilati komitənin fəaliyyəti başa çatmalıdır.
5-1.5. Təşkilati komitənin əlində olan mülkiyyət və maliyyə resursları yeni yaranmış partiyaya keçməlidir.
5-1.6. Azərbaycan Respublikasının “Dövlət qeydiyyatı və hüquqi şəxslərin dövlət qeydiyyatına alınması haqqında” qanuna əsasən, siyasi partiya qeydiyyatı üçün müraciət edəndə partiyanın yarandığı müddətdən 1 ay sonra olan üzvlərin sayını təsdiqləyəcək sənədi də təqdim etməlidir.”
7. Maddə 6-nın ikinci abzasında:
- İkinci indentdə, “adın abreviaturalı forması” sözləri, “ad” sözündən sonra əlavə edilməlidir;
- Yeddinci indent aşağıdakı formada ifadə olunmalıdır:
“ərazi təşkilatları ilə qarşılıqlı münasibətlər”;
- Səkkizinci indentdə, “təşkilatın gücləri və qanunları” sözləri “təşkilatın qanunları və gücləri” sözləri ilə əvəzlənməlidir;
- Doqquzuncu indentdə “o cümlədən, siyasi partiyanın ləğv olunması ilə bağlı qərar” “qərarlar” sözündən sonra əlavə edilməlidir;
- On birinci – on üçüncü indentlər on dördüncü – on altıncı indentlər hesab olunmalı və on birinci – on üçüncü indentlər aşağıdakı kimi ifadə olunmalıdır:
“siyasi partiyalardan Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının prezidentliyinə və yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı namizədlərin irəli sürülməsi proseduru;
siyasi partiya strukturlarında iradənin ifadə edilməsi proseduru;
siyasi partiya üzvlərinin siyasi partiyanın rəhbər orqanlarının qərarlarından şikayət proseduru”.
8. Maddə 6-1 aşağıdakı formada ifadə olunmalıdır:
“Maddə 6-1. Siyasi partiyanın proqramı.
6-1.1. Siyasi partiyanın onun məqsəd və vəzifələrini, fəaliyyət prinsip və metodlarını əks etdorən proqramı olmalıdır.
6-1.2. Siyasi partiya öz proqramını və ona sonradan edilmiş dəyişikliklər barədə məlumatı bilgi üçün müvafiq icraedici struktura təqdim etməlidir”.
9. Maddə 7-də:
9.1. adda və birinci abzasda “partiya” sözü “siyasi partiya” sözləri ilə əvəzlənməlidir;
9.2. birinci abzasda “abreviatura” sözü “abreviaturalanmış” sözü ilə əvəzlənməli və “qeydiyyata alınmış” sözləri “dövlət qeydiyyatından keçmiş” sözləri ilə əvəzlənməlidir;
9.3. İkinci abzas aşağıdakı şəkildə ifadə olunmalıdır:
“Siyasi partiya adına edilən dəyişikliklər Azərbaycan Respublikasının “Dövlət qeydiyyatı və hüquqi şəxslərin dövlət qeydiyyatına alınması haqqında” qanununa əsasən dövlət qeydiyyatı keçməlidir”.
10. Maddə 8-də:
10.1. birinci və ikinci abzas aşağıdakı formada olmalıdır:
“18 yaşına çatmış və bütün hüquqlara malik olub siyasi partiyanın nizamnaməsi və proqramını qəbul edən Azərbaycan Respublikası vətəndaşı siyasi partiya üzvlüyünə qəbul edilə bilər. Siyasi partiyalar öz üzvlərinin qeydiyyatını həyata keçirir.
Heç kim siyasi partiyaya üzv olmağa, ya da siyasi partiyada üzv qalmağa məcbur edilə bilməz”;
10.2. üçüncü abzasda “fövqəladə, miqrasiya” sözləri “kuryer rabitə xidməti” sözlərindən sonra əlavə edilməlidir.
11. Maddə 9-da:
11.1. birinci abzasda “Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş insan hüquqları və azadlıqları bağlı beynəlxalq hüquqi mexanizmlər” sözləri “tərəf olduğu beynəlxalq müqavilələr” sözləri ilə əvəzlənməlidir”;
11.2. İkinci və üçüncü abzaslar üçüncü və dördüncü abzaslar hesab olunmalıdır və ikinci abzas aşağıdakı formada əlavə edilməlidir:
“Siyasi partiya üzvləri rəhbər orqanlara seçilmək, siyasi partiyanın və onun rəhbər orqanlarının fəaliyyəti barədə məlumat əldə etmək, siyasi partiyanı nizamnaməsinə əsasən rəhbər orqanların qərarlarından şikayət etmək və siyasi partiyanın nizamnaməsində qeyd olunan digər hüquqlara malikdirlər”;
11.3. üçüncü abzasın birinci cümləsi aşağıdakı kimi olmalıdır:
“Vətəndaşın siyasi partiyanın fəaliyyətində iştirakı onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, yaxud qanunla müəyyən olunmuş vəzifələrindən azad olmasına əsas vermir (bu qanunun maddə 8-də qeyd olunan hallar istisna olmaqla).”
12. Maddə 10 aşağıdakı kimi olmalıdır:
“Maddə 10. Siyasi partiyanın strukturları.
10.1. Siyasi partiyanın ali rəhbər orqanı ən azı beş ildən bir çağrılan Qurultay olmalıdır.
10.2. Siyasi partiyanın qurultayı siyasi partiyanın nizamnamə və proqramını, o cümlədən ona olan dəyişiklikləri qəbul edir, digər rəhbər və nəzarət-təftiş orqanlarını seçir, siyasi partiyanın yenidən qurulması və buraxılması barədə qərarlar qəbul edir və siyasi partiyanın nizamnaməsində qeyd olunan digər səlahiyyətləri icra edir.
10.3. Siyasi partiyanın rəhbər orqanları, onların təşkil olunması və səlahiyyətləri siyasi partiyanın nizamnaməsində müəyyən edilir.”
13. Maddə 11-də:
“İctimai (qeyri-hökumət) assosiasiyaları” sözləri “qeyri-hökumət təşkilatları” sözləri ilə əvəzlənməlidir.
14. Maddə 12 aşağıdakı formada olmalıdır:
“Maddə 12. Siyasi partiyanın hüquqları.
12.1. Siyasi partiyaların aşağıdakı hüquqları olmalıdır:
12.1.1. onun məqsəd və fəaliyyətləri barədə məlumatları azad şəkildə yaymaq, onun ideya, məqsəd və proqramlarını təbliğ etmək;
12.1.2. könüllü birləşmə əsasında siyasi koalisiyalar, birliklər, federasiyalar, assosiasiyalar yaratmaq;
12.1.3. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının prezidentliyinə və yerli özünüidarəetmə orqanlarına seçkilərdə, o cümlədən ümumölkə seçimlərində - referendumda iştirak;
12.1.4. dövlət qurumlarına qərarların hazırlanması üçün təkliflər təqdim etmək;
12.1.5. üzvlərinin maraqlarını təmsil və müdafiə etmək;
12.1.6. Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” qanununa uyğun olaraq kütləvi informasiya vasitələri yaratmaq;
12.1.7. Azərbaycan Respublikasının “Sərbəst toplaşma azadlığı haqqında” qanununa uyğun olaraq iclaslar, mitinqlər, küçə yürüşləri, piketlər və toplantılar keçirmək;
12.1.8. Qanuna müvafiq şəkildə ianələr qəbul etmək;
12.1.9. simvol kimi emblem, bayraq, vımpel və nişanlara malik olmaq;
12.2. Siyasi partiyanın simvolları qanunun 4-cü maddəsinin dördüncü abzasında qeyd edilən məqsədlərin təbliğini yönəldilməməlidir”
.
15. Maddə 12-1 aşağıdakı kimi olmalıdır:
“Maddə 12-1. Siyasi partiyanın vəzifələri.
12-1.1. Siyasi partiyanın aşağıdakı vəzifələri olmalıdır:
12-1.1.1. Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və başqa aktlarına, o cümlədən öz nizamnaməsinə tabe olmaq;
12-1.1.2. müvafiq icra orqanına ildə bir dəfə maliyyə hesabatlarını təqdim etmək;
12-1.1.3. müvafiq icra orqanına ildə bir dəfə üzvlərin sayı, daimi fəaliyyət göstərən rəhbər strukturların qərargahının ünvanı və kontakt telefon nömrələri barədə məlumat qədim etmək;
12-1.1.4. dövlət qurumlarının və rəsmilərinin fəaliyyətinə müdaxilə etməmək.
12-1.2. Siyasi partiyanın rəhbır orqanlarının qərargahı Azərbaycan Respublikasının ərazisində yerləşməlidir”.
16. Maddə 13-də:
16.1. birinci abzasda, “nizamnamələrində qeyd olunan” sözləri və “və, bu məqsədlə Dövlət qvardiya xidmətinin yaradılması və onun təminatının təşkil edilməsi” sözləri çıxarılmalıdır.
16.2. ikinci abzas dördüncü abzas hesab olunmalı və ikinci və üçüncü abzas aşağıdakı kimi olmalıdır:
“ Dövlət qanunun maddə 17-1-ə əsasən, siyasi partiyalara dövlət büdcəsindən maliyyə yardımı göstərməlidir.
Dövlət qeydiyyatından keçmiş siyasi partiyaların rəhbər orqanları müvafiq icra strukturunun müraciətindən sonra nizamnamələrinin bu struktura uyğunluğu ilə əlaqədar qərarlarını və izahlarını verməlidirlər”.
17. Maddə 14-ün mətni aşağıdakı formada getməlidir:
“14.1. Azərbaycan Respublikasının “Dövlət qeydiyyatı və hüquqi şəxslərin dövlət qeydiyyatına alınması haqqında” qanununa əsasən siyasi partiya Azərbaycan Respublikasının müvafiq icra orqanında dövlət qeydiyyatından keçməlidir”.
14.2. Təsis və dövlət qeydiyyatı fəaliyyətləri istisna olmaqla, dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimaiyyət arasında çıxış etmək və fəaliyyət göstərmək, yaxud onun fəaliyyətində və ya fəaliyyətinin təşkil olunmasında iştirak etmək qadağan olunmalıdır.”
18. Maddə 15 çıxarılmalıdır.
19. Maddı 16 aşağıdakı formada getməlidir:
“Maddə 16. Siyasi partiyanın buraxılması və ya fəaliyyətinin dondurulması.
16.1. Siyasi partiya siyasi partiyanın buraxılması haqqında qurultayının qərarı əsasında, yaxud məhkəmə qərarı əsasında buraxıla bilər.
16.2. Siyasi partiya siyasi partiyanın buraxılması haqqında qurultayının qərarı siyasi partiyanın nizamnaməsinə əsasən qəbul olunur.
16.3. Siyasi partiyanın buraxılması barədə məhkəmə qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsina əsasən müvafiq icra orqanının şikayəti əsasında qəbul olunur.
16.4. Siyasi partiya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozduğu təqdirdə müvafiq icra orqanı siyasi partiyaya yazılı xəbərdarlıq göndərməlidir.
16.5. Müvafiq icra orqanı məhkəməyə siyasi partiyanın buraxılması barədə müraciət aşağıdakı hallarda edilməlidir:
16.5.1. siyasi partiya qanunun 4-cü maddəsində göstərilən hərəkətlər etdikdə;
16.5.2. siyasi partiya qanunun 16.4 maddəsində qeyd edilən məsələlər tabe olmadığı təqdirdə.
16.6. Siyasi partiyanın fəaliyyəti müvafiq icra strukturunun müraciəti əsasında siyasi partiyanın buraxılması barədə iş üzrə məhkəmə qərarının qəbul olunmasına qədər dondurula bilər.
16.7. Fövqəladə halla nəticələnən halların aradan qaldırılmasına mane olan siyasi partiyaların fəaliyyəti məhkəmə qərarı əsasında dondurula bilər.
16.8. Siyasi partiya buraxıldığı təqdirdə onun kreditorlarının tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərildiyi kimi tənzimlənir və onun mülkiyyətinin qalan hissəsi dövlət büdcəsinə keçməlidir.
16.9. Buraxılmış siyasi partiya adından ictimaiyyət arasında danışmaq yaxud fəaliyyət göstərmək, yaxud onun fəaliyyətində və ya fəaliyyətinin təşkil olunmasında iştirak etmək qadağan olunmalıdır”.
20. Maddə 17-ün mətni aşağıdakı formada getməlidir:
“17.1. Siyasi partiyaların maliyyələşməsi dövlət büdcəsindən maliyyənin ayrılması əsasında və bü qanunda göstərilən digər mənbələr əsasında həyata keçirilir.
17.2. Siyasi partiyaların aşağıdakı insan və qurumlar tərəfindən maliyyələşməsi, o cümlədən ianə qəbul etməyi qadağan olunmalıdır:
17.2.1. dövlət qurumları və digər dövlət strukturları,bu qanunun maddə 17-1-də göstərilən hallar istisna olmaqla;
17.2.2. bələdiyyə strukturları və onlara tabe olan qurumlar;
17.2.3. 30%-dən çox marağının dövlət yaxud bələdiyyəyə məxsus kapitalda cəmləşən hüquqi şəxslər;
17.2.4. xarici dövlətlər və xarici hüquqi şəxslər;
17.2.5. xaricilər və vətəndaşlığı olmayanlar;
17.2.6. 18 yaşdan aşağı olanlar;
17.2.7. 30%-dən çox marağının xarici dövlətlərə, xarici hüquqi şəxslərə, xaricilərə və vətəndaşlığı olmayanlara məxsus kapitalda cəmləşən Azərbaycan Respublikasının hüquqi şəxsləri;
17.2.8. beynəlxalq təşkilatlar və beynəlxalq ictimai hərəkatlar;
17.2.9. hərbi qurumlar;
17.2.10. ictimai assosiasiyalar, fondlar(təsisatlar), dini təşkilatlar;
17.2.11. həmkarlar təşkilatları;
17.2.12. aşağıdakı məlumatı göstərə bilməyən anonym şəxs (vətəndaş üçün – soyad, ad, atanın adı, seriya, nömrə, şəxsiyyət vəsiqəsinin verilmə tarixi, yaşayış yerinin ünvanı, doğum tarixi; hüquqi şəxs üçün – vergiödəyicinin identifikasiya kodu, ad, qeydiyyat tarixi, bank detalları, kapitalında dövlət və ya bələdiyyə marağının olub olmaması, onun miqdarı (əgər varsa), qeyd olunan kapitalda xarici marağın miqdarını göstərməmək, yaxud yanlış göstərmək”.
21. Maddə 17-1 aşağıdakı kimi göstərilməlidir:
“Maddə 17-1. Dövlət büdcəsindən siyasi partiyalara maliyyənin ayrılması.
17-1.1. Siyasi partiyaların fəaliyyətini maliyyəlişdirmək üçün hər il dövlət büdcəsindən maliyyə ayrılmalıdır. Bu maliyyə dövlət büdcəsində ayrıca hissə kimi təqdim olunmalıdır.
17-1.2. Dövlət büdcəsindən ayrılmış maliyyənin 10%-i Azərbaycan Respublikasının Milli Məclisinə son seçkilərdə namizədlər irəli sürmüş, etibarlı səslərin ən azı 3% qazanmış lakin milli Məclisdə təmsilçilik qazanmamış siyasi partiyalar arasında qazanılmış səs sayına uyğun olaraq bölünməlidir. Maliyyənin 40%-i Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmuş siyasi partiyalar arasında bərabər bölünməli. 50% isə seçilmiş deputatların sayına uyğun olaraq proporsional bölünəcək.
17-1.3. Siyasi partiyalar Azərbaycan Respublikasının Milli Məclisinə son seçkilərdə siyasi partiyaların koalisiyası şəklində iştirak ediblərsə, dövlət büdcəsindən ayrılan məbləğ hər partiyaya ayrıca qanunun 17-1.2 maddəsinə əsasən köçürülməlidir.
17-1.4. Qanunun 17-1.1 maddəsinə əsasən dövlət büdcəsindən ayrılmış məbləğ müvafiq icra orqanı tərəfindən ildə dörd dəfə bərabər hissələrlə qanunun 17-1.2 və 17.1.3 maddələrinə əsasən siyasi partiyaların bank hesabına köçürüləcək.
17-1.5. Siyasi partiyalar dövlət büdcəsindən ayrılmış məbləği qəbul etməyəcəkləri təqdirdə, bu məbləğ dövlət büdcəsinə qaytarılmalıdır.
17-1.6. Azərbaycan Respublikasının “Mühasibat haqqında” qanununa uyğun şəkildə maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyalara növbəti il üçün dövlət büdcəsindən maliyyə ayrılmayacaq.”
22. Maddə 18-də:
22.1. Maddənin adında “gəlir və xərclər” sözləri “gəlir və xərclər” (red. Sadəcə ingilis dilində hər iki sözün sinonimi qoyulmuşdur – T.Q) sözləri ilə əvəz olunmalıdır;
22.2. Birinci abzasın birinci cümləsində “gəlir” sözü “gəlir” sözü ilə, ikinci cümlədə “gəlir” sözü “gəlir” sözü ilə əvəzlənməlidir.
22.3. ikinci abzasda:
22.3.1. birinci indentdə “gəlir” sözü “gəlir” sözü ilə əvəzlənməlidir;
22.3.2. səkkizinci indent on birinci indent hesab olunmalı və səkkizinci-onuncu indentə aşağıdakı formada əlavə olunmalıdır
“dövlət büdcəsindən ayrılan maliyyə;
borc və kreditlərdən əldə olunan miqdar;
xələflik və vərəsəlik əsasında əldə edilən mülkiyyət”;
22.4. üçüncü abzasda:
22.4.1. birinci indentdə, “xərclər” sözü “siyasi partiyaların xərcləri” sözləri ilə əvəz edilməlidir;
22.4.2. ikinci indentdə, “çəkilən xərclər” sözləri “xərclənən maliyyə” sözləri ilə əvəz edilməlidir”;
22.4.3. üçüncü indentdə, “siyasi partiyanın idarələrinin işinə və informasiyaya“ sözləri “siyasi artiyaların saxlanılması və informasiya dəstəyi” sözləri ilə əvəz edilməlidir ”;
22.5. dördüncü abzas çıxarılmalıdır.
23. Maddə 19-un mətni aşağıdakı kimi olmalıdır:
“19.1. Siyasi partiyaların ianələr qəbul etmək hüququ olmalıdır.
19.2. Siyasi partiyalara iqtisadi və siyasi üstünlüklər almaq məqsədilə verilmiş ianələri qəbul etmək qadağan edilməlidir.
19.3. Siyasi partiyalar ianə verən şəxsə, yaxud hansısa digər şəxsə verilmiş, yaxud vəd edilmiş ianə əvəzinə birbaşa yaxud dolayı yolla, maddi və digər nemətlər, üstünlük və privelegiyalar təklif yaxud vəd edə bilməzlər.
19.4. Siyasi partiyaya ianə verən şəxs siyasi partiyadan verilmiş, yaxud veriləcək ianə əvəzinə birbaşa yaxud dolayı yolla, maddi və digər nemətlərə, üstünlük və privelegiyalarla bağlı heç bir təklifə razılaşa bilməz.
19.5. Verilmiş ianə siyasi partiyanın bank hesabına köçürmə yolu ilə qəbul edilməlidir.
19.6. Hüquqi şəxslərin ianələri siyasi partiyanın bank hesabına qeyd olunmuş kapitalda dövlət yaxud bələdiyyə kapital yaxud marağının olub olmamasını qeyd etməklə nağd pulsuz köçürmə vasitəsilə, adı, vergiödəyicisinin kodu və bank detallarını qeyd etməklə köçürülür.
19.7. Natural yolla verilmiş İanənin dəyəri bazar qiymətlərinə uyğun hesablanır
19.8. Siyasi partiyalar tərəfindən qəbul edilmiş ianələrin miqdarı və müvafiq icra orqanının aşkar etdiyi ianə verən şəxslər barədə məlumat maliyyə hesabatlarına daxil edilməlidir”.
24. Maddə 20-nin adı və mətnində “partiyalar” sözü “siyasi partiyalar” sözləri ilə əvəz edilməlidir.
25. Maddə 12-nin mətni aşağıdakı kimi olmalıdır:
“21.1. Siyasi partiyalar Azərbaycan Respublikasının “Mühasibat haqqında” qanununa uyğun şəkildə mühasibat fəaliyyəti həyata keçirməli və maliyyə hesabatları hazırlamalıdır.
21.2. Siyasi partiyalar hər il Aprelin 1-dən gec olmayaraq müvafiq icra orqanına maliyyə hesabatı təqdim etməlidir..
21.3. Maliyyə hesabatlarında siyasi partiya üzvlərinin neçəsinin üzvlük haqqı verməsi qeyd olunmalıdır.
21.4. Siyasi partiyanın rayon təşkilatlarının maliyyə hesabatları siyasi partiyanın maliyyə hesabatlarına daxil edilməlidir.
21.5. Siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilmə forma, məzmun və prosedurunu müvafiq icra orqanı müəyyən etməlidir.
21.6. Siyasi partiyalar müvafiq icra orqanının müraciəti əsasında maliyyə hesabatı ilə əlaqədar əlavə məlumat və sənədlər təqdim etməlidir.
21.7. Siyasi partiyalar illik maliyyə hesabatlarını və auditor rəyini KİV-də yaymalıdır”.
26. Maddə 22 aşağıdakı formada əlavə olunmalıdır:
“Maddə 22. Qanun pozuntusuna görə məsuliyyət.
Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunurlar”.
axırıncı dəyişikliklər (07.12.11 12:58)
© 2011 Azerbaijan Lawyers Association
All Rights Reserved.
Joomla 1.5 Templates Joomla Web Hosting cushion cut engagement rings Joomla Templates joomla hosting