| 18 December is International Migrants Day. |
PRESS-RELEASE of “Azerbaijan Migration Center” Public Union
Azerbaijan is one of the rare countries of the world in which nearly half of the population are migrants. Most of them are internal migrants but approximately half a million of these are forced migrants (i.e. individuals from occupied regions; individuals who left their residence because of natural disaster; individuals removed from territories taken for needs of State or public needs; individuals who were forced to leave to look for work). Although rapid economic development in recent years in Azerbaijan has resulted in an increase in the number of foreign nationals coming to the country, Azerbaijan still remains a country of emigration. That is to say, the number of citizens leaving the country is higher than in comparison with foreigners. In 2011 several legislative and institutional measures were taken regarding the protection of migrants` rights and freedoms and control of migration. Specifically, the authority of the responsible state bodies in this sphere are now specified, and additions and amendments have been made to some laws. Despite the cooperation among state authorities, and increased involvement of international organizations and NGO compared with previous years, a complete database on migration - detailing internal migration, permanent and temporary departures, foreign nationals and stateless people - does not exist. The main causes of statelessness are: non-provision of identity documents of individuals who got became statelessness after January 1992; accessibility of obtaining immigrant status by foreign nationals only after coming to Azerbaijan Republic and living there for at least 2 years; problems in documentation of the children born from foreign nationals in the territory of Azerbaijan Republic or children born to citizens of Azerbaijan Republic abroad. In order to determine the existing problems of the migrants, to establish why the number of undocumented persons have increased, to learn why people become stateless and to draw attention of relevant state authorities to the reasons of violation of stateless rights and freedoms and to prevent these reasons, from 15 December 2011 “Azerbaijan Migration Center” Public Union announces “ Week of Migrants” relating to International Migrant`s Day. Within this week the employees of the organization will give free legal advice to migrants from 08:00 a.m. till 22:00 p.m. (including Saturday and Sunday), as well as preparing applications to relevant state bodies for resolution of individuals’ problems. Throughout the week, meetings will be organized with the relevant state authorities and it is hoped that solutions to the problems can be achieved together with state bodies. In addition, measures will be taken to increase public awareness of the issue. During “Week of Migrants” presentations of different reports will be held, and in addition a specific report will be prepared concerning the findings from the Week of Migrants. “Azerbaijan Migration Center” Public Union kindly requests that members of the College of Advocates of Azerbaijan Republic, NGOs ,International Organization and the Mass media direct undocumented or related persons to “Azerbaijan Migration Center’ PU.
Address: 9,2nd Alatava str., Nasimi district, Baku city Phone: (+994 12) 4980972 (+994 12) 4989174 e-mail: office@migration-az.org URL: www.migration-az.org
|
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin
PRESS-RELİZİ
Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, əhalisinin az qala yarısı miqrant həyatı yaşayır. Miqrantların əksəriyyətini daxili miqrantlar təşkil edir ki, onların da yarım milyona yaxın hissəsini məcburi miqrantlar (işğal olunmuş ərazilərdən olanlar, təbii fəlakət nəticəsində yaşayış yerlərini tərk edənlər, dövlət və ictimai ehtiyaclar ucun alınmış ərazilərdən köçürülənlər, iş axtarmaq məqsədilə yaşayış yerini tərk etməyə məcbur olanlar) təşkil edir.
Son illər baş verən iqtisadi inkişaf ölkəyə gələn əcnəbilərin sayının dəfələrlə artmasına şərait yaratsa da Azərbaycan hələ də əsasən emmiqrasiya ölkəsi olaraq qalmaqda davam edir. Yəni ölkəyə gələn əcnəbilərlə müqayisədə ölkəni tərk edən Azərbaycan Respublikası vətəndaşlarının sayı daha çoxdur.
2011-ci ildə miqrantların hüquq və azadlıqlarının müdafiəsi və miqrasiyanın idarə olunması ilə bağlı qanunvericilik və institusional sahədə bir sıra tədbirlər həyata kecirilmiş, o cümlədən bu sahəyə məsul olan dövlət orqanlarının səlahiyyətlərində müəyyən dəqiqləşdirmələr aparılmış, bir sıra qanunlara əlavə və dəyişikliklər edilmişdir.
Ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar və QHT-lər arasında əməkdaşlığın əvvəlki illərlə müqaisədə xeyli inkişaf etməsinə baxmayaraq, daxili miqrasiya, xaricə daimi və ya müvəqqəti yaşamaga gedənlər, ölkədə məskunlaşan əcnəbilər və vətəndaşlıgı olmayan şəxslər haqqında vahid məlumat bazası mövcud deyil. 1992-ci ilin yanvar ayından sonra vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşənlərin sənədləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmaması, əcnəbilərin Azərbaycan Respublikasına gələrək yalnız iki il qanuni əsaslarla müvəqqəti yaşadıqdan sonra immiqrant statusu əldə etmək hüququnun yaranması, Azərbaycan Respublikasının ərazisində əcnəbilərdən və ya Azərbaycan Respublikasının vətəndaşlarından xaricdə doğulan uşaqların sənədləşdirilməsi sahəsində problemlər insanların sənədsiz vəziyyətə düşməsinə şərait yaradan əsas amillərdən biridir.
Miqrantların mövcud problemlərinin müəyyənləşdirilməsi, sənədsizlərin sayının və sənədsiz vəziyyətə düşməsinin səbəblərinin dəqiqləşdirilməsi, onların hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların müvafiq dövlət orqanlarının nəzərinə çatdırılması və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi məqsədilə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi 18 dekabr Beynəlxalq Miqrant günü münasibətilə 15 dekabr 2011-ci ildən başlayaraq “Miqrant həftəsi” elan edir. Həftə ərzində təşkilatın əməkdaşları saat 08:00-dan 22:00-dək (şənbə və bazar günləri də daxil olmaqla) miqrantlara pulsuz hüquqi məsləhətlər verəcək, habelə onların problemlərinin həlli üçün müvafiq dövlət orqanlarına müraciətlər hazırlayacaqlar. Miqrant həftəsində dövlət orqanları ilə miqrantların görüşünün təşkili üçün təşəbbüslər göstəriləcək, həlli mümkün olan problemlərin müvafiq dövlət orqanları və beynəlxalq təşkilatlarla birgə həllinə nail olunacaq, miqrantların məlumatlılığının artırılması məqsədilə digər tədbirlər həyata keçiriləcək.
“Miqrant həftəsi”ndə həmçinin müxtəlif hesabatların təqdimatları keçiriləcək, o cümlədən həftənin nəticələri barəsində ayrıca hesabatın hazırlanması nəzərdə tutulur.
“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərindən, QHT-lərdən, beynəlxalq təşkilatlardan və KİV-lərdən sənədsiz vəziyyətdə olan şəxslərin və digər problemləri olan miqrantların “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinə istiqamətləndirilməsini xahiş edir.
Ünvanımız: Bakı şəhəri, Nəsimi rayonu, II Alatava 9
Tel: (+994 12) 4980972
(+994 12) 4989174
e-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
URL: www.migration-az.org
Last Updated (Tuesday, 13 December 2011 16:44)
© 2011 Azerbaijan Lawyers Association
All Rights Reserved.
Joomla 1.5 Templates Joomla Web Hosting cushion cut engagement rings Joomla Templates joomla hosting